“Yeraltı” və “Uzak Şehir” seriallarının taleyi bəlli olur? Türkiyədə mühüm qərar

IMG_5237 Gündəm
19:22

“Yeraltı”, “Uzak Şehir” və digər seriallar qısaldıla bilər: Türkiyədə mühüm qərar gözlənilir

Expressxeberler.az xəbər verir ki, Türkiyədə “Yeraltı”, “Uzak Şehir” və bir sıra digər məşhur serialların efir müddətinin qısaldılması gündəmə gəlib.

Reklam böhranının dərinləşməsi televiziya kanallarını serialların istehsal xərclərini azaltmaq üçün hərəkətə keçirib. Bu məqsədlə prodüser şirkətlərindən büdcələrin aşağı salınması tələb olunur.

Prodüserlər hazırda 140 dəqiqə davam edən serialların 110 dəqiqəyə endirilməsini təklif ediblər. Bildirilir ki, bu addım beşinci reklam fasiləsinə və əlavə çəkiliş heyətinin cəlb olunmasına ehtiyacı aradan qaldıra bilər.

Məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.

Digər tərəfdən, televiziya kanallarının nümayəndələri və prodüserlər Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Sultanahmetdə görüş keçiriblər. Tərəflər sektorda yaşanan böhranın həlli yollarını müzakirə ediblər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #Yeraltı #UzakŞehir #Türkiyə

1. 149 baxış
Paylaş: