Fransada etiraz aksiyaları – 80 mindən çox insan…

IMG_1751 Cəmiyyət
09:38

Fransada etirazlar: 82 mindən çox insan küçələrə çıxdı

Expressxeberler.az xəbər verir ki, noyabrın 21-də Fransada qiymət artımına qarşı keçirilən etiraz aksiyalarında ümumilikdə 82 min 500 nəfər iştirak edib.

“Le Parisien” qəzetinin Fransa Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, ən böyük aksiya Parisdə baş tutub. Paytaxtdakı yürüşə 21 min 500 nəfər qatılıb.

Nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb. İzdihamı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Etirazlara çağırış edən “Union Tudiante” tələbə qrupu isə ölkə üzrə nümayişçilərin sayının 150 minə çatdığını, Parisdə isə 45 min nəfərin aksiyaya qoşulduğunu açıqlayıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Fransa #Etiraz

21 baxış
Paylaş: