Gürcüstan surroqat analığı qadağan edir
Dünya
Gürcüstanda surroqat analığa qadağa qoyulacaq
Expressxeberler.az xəbər verir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ölkədə surroqat analığı tamamilə qadağan etmək qərarına gəlib.
Bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya parlament çoxluğunun iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda müvafiq qanun layihəsi parlamentə təqdim olunacaq. Bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə də fəal müzakirələr aparılır.
Kirtsxaliya qərarın surroqat analıq sahəsindəki etik və hüquqi risklərlə, xüsusilə insan alveri, qadınların istismarı və uşaqların hüquqlarının qorunması ilə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, 2023-cü ildə Gürcüstanda xarici vətəndaşlar üçün surroqat analıq xidmətlərinin qadağan edilməsi müzakirə olunurdu. İndi isə hakim partiya bu sahəyə ölkə üzrə tam qadağa tətbiq etməyi planlaşdırır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Gürcüstan #SurroqatAnalıq #Qanun #Expressxeberler.az



