İranda zəlzələ oldu, Naxçıvanda da hiss edildi

IMG_1747 Gündəm
09:35

İranda 4,5 maqnitudalı zəlzələ oldu – Naxçıvanda da hiss edildi

Expressxeberler.az xəbər verir ki, İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 01:25-də baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bal gücündə hiss olunub.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #İran #Naxçıvan #Zəlzələ

14 baxış
Paylaş: