Nigeriyada gəmi qəzası – 50-dən çox insan öldü
Dünya
Nigeriyada gəmi faciəsi: 50-dən çox meyit tapıldı, yüzlərlə insan itkin düşüb
Expressxeberler.az xəbər verir ki, Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin aşması nəticəsində azı 50 nəfərin həlak olduğu ehtimal edilir.
“The Guardian” qəzetinin məlumatına görə, hadisə Niger çayının deltasındakı qollardan birinin yaxınlığında baş verib.
Məlumata əsasən, gəmidə bir neçə gün əvvəl baş vermiş oxşar qəza zamanı həyatını itirən şəxslərin dəfn mərasiminə gedən sərnişinlər olub. Faciənin əsas səbəblərindən biri kimi gəminin həddindən artıq yüklənməsi göstərilir.
İlkin məlumatlara görə, gəmidə təxminən 300 nəfər olub. Onlardan 24-ü xilas edilib, 50-dən çox meyit aşkarlanaraq morqa aparılıb. Digər sərnişinlərin taleyi hələlik məlum deyil.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Nigeriya #GəmiQəzası #Faciə



