Maşın almaq arzusu ürəyində qaldı – Bakıda oğurluq

IMG_1732 Gündəm
17:03

Bakıda evdən 4 min manat oğurlandı – Köhnə tanışı saxlanıldı

Expressxeberler.az xəbər verir ki, Bakının Binəqədi rayonunda vətəndaşın bankdan kredit götürərək evə gətirdiyi pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək avtomobil almaq məqsədilə bankların birindən 4 min manat kredit götürdüyünü bildirib. O, pulu evə gətirdiyini, mənzildə olmadığı vaxt isə həmin vəsaitin oğurlandığını qeyd edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən edilərək saxlanılıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Bakı #Binəqədi #Oğurluq

9 baxış
Paylaş: