Azərbaycanlı döyüşçü UFC-də ikinci qələbəsini qazandı
Gündəm
Tahir Abdullayev UFC-də növbəti qələbəsini qazandı
Expressxeberler.az xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti uğuruna imza atıb.
İdmançımız Qətərin paytaxtı Dohada keçirilən turnirdə avstraliyalı Ceyk Metyuzu məğlub edib. Abdullayev üç raund davam edən qarşılaşmada hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Qeyd edək ki, Tahir Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib. O, həmin döyüşdə braziliyalı Cefferson Nasimentoya qalib gəlib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #TahirAbdullayev #UFC #MMA
32
baxış



