İsmayıllıda aqrar sahə ilə bağlı görüş keçirilib
Gündəm
İsmayıllı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair Dövlət Proqramından irəli gələn tədbirlərin icra vəziyyəti müzakirə olunub.
Expressxeberler.az xəbər verir ki, görüşdən əvvəl rayon ərazisində fəaliyyət göstərən fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib.
“AZCHİCKEN PRODUCTİON” MMC, “AAFT” MMC, Səlahəddin Məmmədovun təsərrüfatı və “İvanovka təbii qida məhsulları” MMC-də istehsal fəaliyyəti, mövcud imkanlar və inkişaf istiqamətləri ilə bağlı məlumat alınıb.
Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında fermer və sahibkarların iştirakı ilə toplantı keçirilib. Görüşdə aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyi və fermerlərin dəstəklənməsi məsələləri müzakirə edilib.
Toplantının sonunda fermer və sahibkarların müraciətləri və təklifləri dinlənilib, səsləndirilən problemlərin həlli ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görüləcəyi bildirilib.



