ABŞ ordusu Ekvadorla əlaqəli olduğu iddia edilən gəmini batırıb
Dünya
ABŞ hərbi qüvvələri Sakit okeanda Ekvadorun narkotik terror təşkilatı ilə əlaqəli olduğu iddia edilən üzən yanacaqdoldurma məntəqəsini batırıb.
Expressxeberler.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Ekvadorda fəaliyyət göstərən “Los Choneros” qrupu ilə əlaqəsini təsdiqləyib.
ABŞ Cənub Komandanlığının açıqlamasında qeyd olunub ki, hərbçilər gəmini yoxladıqdan və heyəti təxliyə etdikdən sonra onu batırıblar.
Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib. Saxlanılan şəxslərin hamısı Ekvador hakimiyyət orqanlarına təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın Qərb yarımkürəsində narkotik qaçaqmalçılarına qarşı keçirdiyi əməliyyatların onların əsas dəniz marşrutlarında fəaliyyətinin rekord səviyyədə azalmasına səbəb olduğunu bildirib.



