ABŞ Rusiyaya bağlı sanksiya siyahısından Türkiyə şirkəti və İsveçrə vətəndaşını çıxarıb

6aaac6f702e8bd53844dad57 Dünya
19:45 Expressxeberler.az

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində bir Türkiyə şirkətini və bir İsveçrə vətəndaşını siyahıdan çıxarıb.

Məlumat OFAC-ın 16 sentyabr 2026-cı il tarixli rəsmi açıqlamasında yer alıb. Qərarın detalları açıqlanmayıb.

Expressxeberler.az xəbər verir ki, ABŞ daha əvvəl də Rusiya ilə bağlı sanksiya siyahılarından ayrı-ayrı şirkət və şəxsləri çıxarıb.

Daha əvvəl ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Vaşinqtonun 25 nəfərin azad edilməsi müqabilində iki Belarus şirkətinə qarşı sanksiyaları ləğv etməyə hazır olduğunu açıqlamışdı.

40 baxış
Paylaş: