“Altın Çocuk” vəfat etdi

IMG_0800 Gündəm
16:57 Expressxeberler.az

Expressxeberlər xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi mart ayında ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi.

Göksel Arsoy yaraşıqlılığı və canlandırdığı baş rollarla Yeşilçamın ən məşhur aktyorlarından biri olub. O, aktyorluqla yanaşı, prodüser kimi də fəaliyyət göstərərək türk kinosunun inkişafına töhfə verib.

“Altın Çocuk” ləqəbini ona rejissor Halit Refiğ verib. Arsoy xüsusilə 1960-cı illərin ilk yarısında çəkildiyi filmlərlə böyük şöhrət qazanıb. Onun “Samanyolu”, “Bulunmaz Uşak”, “Taş Bebek” kimi ekran əsərlərindəki rolları tamaşaçıların yaddaşında qalıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

555 baxış
Paylaş: