Aygün Kazımova susmadı: Hicab müzakirəsinə münasibət bildirdi
Gündəm
Expressxeberler.az xəbər verir ki, Xalq artisti Aygün Kazımova məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Sənətçi sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, Azərbaycanda hər kəsin inancına və düşüncəsinə hörmətlə yanaşılır. Bununla yanaşı, dövlətin qanunlarına və müəyyən edilmiş qaydalara riayət etmək hər kəsin vətəndaş borcudur.
Aygün Kazımova vahid məktəbli forması qaydalarının dini inanclara qarşı addım kimi təqdim edilməsini və bu məsələ üzərindən cəmiyyətdə qarşıdurma yaradılmasını yolverilməz hesab edib.
O, uşaqların təhsilinin siyasi maraqların və təxribatların vasitəsinə çevrilməməli olduğunu vurğulayaraq cəmiyyəti birlik və həmrəyliyi qorumağa çağırıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#mekteb #hicab #tehsil #Expressxeberler #Expressxeberler.az



