Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib?

IMG_0848 Dünya
21:12 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 7-də parlamentdə hökumət saatında Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurun Şəki kəndi istiqamətində Ermənistan ərazisinə keçməsi ilə bağlı açıqlama verib.

Papikyan bildirib ki, Azərbaycan əsgərinin Şəki kəndinə qədər irəliləməsində təhlükəsizlik baxımından boşluqlar olub və bunun nəticələri olacaq. Nazir qeyd edib ki, məsələ ilə bağlı ətraflı məlumat yalnız rəsmi araşdırma başa çatdıqdan sonra açıqlana bilər. 

O, həmçinin bildirib ki, Azərbaycan hərbçisi ilə bağlı müfəssəl məlumat istintaq və xidməti araşdırma başa çatdıqdan sonra veriləcək. 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin Ermənistan sərhədini keçərək Zəngəzurun Şəki kəndində saxlanıldığı barədə Ermənistanın rəsmi qurumları oktyabrın 1-də məlumat yayıb. Ermənistan tərəfinin iddiasına görə, hərbçi bir erməni evinə daxil olub, orada dincəlib və ev sahibəsi ilə insident yaşanıb. Bu məlumatın bəzi detalları Azərbaycan tərəfindən təsdiqlənməyib. 

Oktyabrın 2-də Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Onun sentyabrın 26-da hərbi hissəni özbaşına tərk etdiyi barədə də məlumat yayılıb. 

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

341 baxış
Paylaş: