Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
Gündəm
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
Expressxeberler.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik 2027-ci ildə Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək.
Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan təşkilatın sədrlik “üçlüyü”nü təşkil edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə MDB-yə sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin bu vəzifəni üzərinə götürməsinə mane olan əsas amillərdən biri olub.
Beləliklə, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və MDB çərçivəsində sədrlik edən ölkələr sırasına daxil olacaq.
Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik də Azərbaycana keçəcək. Həmin il təşkilatın Zirvə görüşünün ölkəmizdə keçirilməsi nəzərdə tutulur.
Azərbaycan 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək.
Ən son xəbərləri Expressxeberler.az saytından izləyin.



