Azərbaycan millisi Avstriyanı uddu

IMG_0938 Gündəm
11:46 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşıb. Təmsilçilərimiz rəqibini 4:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıblar.

Komandamıza ilk xalı qadınların +70 kq çəki dərəcəsində Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.

Daha sonra kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşvilini məğlub edərək hesabı 2:0-a çatdırıb. -57 kq çəki dərəcəsində Xədicə Qədəşova da Laura Kallingerə qalib gəlib.

Ardınca -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.

Beləliklə, 4:0 hesabı ilə qalib gələn millimiz qarşılaşmanı vaxtından əvvəl başa vuraraq növbəti mərhələyə yüksəlib.

Azərbaycan yığması 1/8 finalda Yaponiya millisi ilə qarşılaşacaq.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

84 baxış
Paylaş: