Azərbaycanda işsizlərin sayı artdı

IMG_1190 Cəmiyyət
21:27 Expressxeberler.az

Azərbaycanda işsizlərin sayı 251 mini ötüb

2026-cı il oktyabrın 1-nə olan vəziyyətə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 251,2 min nəfər olub.

Expressxeberler.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda işsizlərin sayında 6,26 faiz artım qeydə alınıb.

Məlumata görə, işsizlərin 53,5 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 483,4 manat olub.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

46 baxış
Paylaş: