Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi qurulacaq-Paşinyan
Gündəm
Paşinyandan TRIPP layihəsi ilə bağlı açıqlama: Dəmir yolu əlaqəsi qurulacaq
Expressxeberler.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin qurulmasının mümkünlüyündən danışıb.
Paşinyan bu barədə Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son iki ildə regionda vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Baş nazir qeyd edib ki, təxminən bir ildir Ermənistan yüklərinin daşınması üçün Azərbaycan dəmir yollarından istifadə olunur.
Paşinyan, həmçinin Azərbaycanla Ermənistan arasında ikitərəfli ticarətin başladığını açıqlayıb.
O bildirib ki, yaxın gələcəkdə TRIPP layihəsinin həyata keçirilməsi regional nəqliyyat əlaqələrinin inkişafına və blokadanın aradan qaldırılmasına töhfə verə bilər. Layihə, eyni zamanda, Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək.
Ən son xəbərləri Expressxeberler.az saytından izləyin.



