Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı? Səbəb AÇIQLANDI

IMG_9418 Gündəm
02:04 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Türkiyə millisinin və “Yuventus”un gənc ulduzu Kenan Yıldızın “Bayern Münhen”dən azad agent kimi ayrılmasının səbəbi açıqlanıb.

17 yaşında Almaniya klubunu tərk edən Yıldız 2022-ci ildə “Yuventus”a keçib. “Bayern” akademiyasında 11 il yetişən futbolçu İtaliya klubunda əsas komandaya qədər yüksəlib və hazırda komandanın aparıcı oyunçularından biridir.

“Bayern Münhen” akademiyasının inkişaf direktoru Jochen Sauer bildirib ki, həmin dövrdə Kenanla yanaşı Paul Wanner və Arijon İbrahimoviç kimi gənc istedadlar da klubun diqqət mərkəzində olub.

Onun sözlərinə görə, əsas komandada eyni vaxtda üç 17 yaşlı hücumçuya müntəzəm məşq imkanı yaratmaq mümkün olmayıb. Üstəlik, klub Mathys Telin transferini də planlaşdırırdı.

“Yuventus” isə Kenan Yıldıza əsas komanda ilə mütəmadi məşq etmək imkanı vəd edib. “Bayern” həmin vaxt bu şəraiti təmin edə bilmədiyi üçün futbolçu İtaliyaya keçmək qərarına gəlib.

Maraqlıdır ki, Kenandan sonra Wanner və İbrahimoviç də “Bayern”in əsas komandasında debüt etsələr də, onların karyera inkişafı Yıldız qədər sürətli olmayıb.

Hazırda 21 yaşlı Kenan Yıldız “Yuventus” və Türkiyə millisinin əsas heyətində özünə möhkəm yer tutub. Onun adı son dövrlərdə İspaniyanın nəhəng klubu “Real Madrid”lə də hallanır.

Sauer bildirib ki, Yıldızın klubdan pulsuz ayrılması “Bayern” üçün dərs olub. Klub rəsmisinin sözlərinə görə, bu hadisə akademiyadan əsas komandaya keçid mexanizminin təkmilləşdirilməsinin vacibliyini göstərib.

Expressxeberler.az – ən son idman xəbərlərini operativ şəkildə təqdim edir.

160 baxış
Paylaş: