BƏƏ sahillərində tanker hücuma məruz qaldı
Dünya
Expressxeberler.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 13 dəniz mili qərbdə gəmi naməlum mərmi ilə vurulub. Nəticədə yanğın baş verib, lakin sonradan söndürülüb.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) X sosial şəbəkəsindəki məlumatında bildirilib.
“Heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri hazırda məlum deyil. Səlahiyyətli orqanlar tərəfindən araşdırmalar aparılır. Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaları və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, – məlumatda qeyd edilib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
62
baxış



