Benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR – ucuzlaşma gözlənilir
Dünya
Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı müharibənin yaxın zamanda başa çatacağını və bunun ardınca benzin qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşacağını bildirib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini deyib.
ABŞ lideri müharibənin çox tezliklə başa çatacağını bildirərək benzin qiymətlərinin də aşağı düşəcəyini vurğulayıb.
Tramp İranın nüvə silahına sahib olmasının İsrail, Yaxın Şərq və Avropa üçün ciddi təhlükə yaradacağını qeyd edib.
ABŞ Prezidenti Çin lideri Si Cinpinlə keçirdiyi görüşdən də danışıb. O, görüşü yüksək qiymətləndirərək ABŞ-Çin münasibətləri baxımından mühüm olduğunu bildirib.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.



