Leyla Əliyeva Romada diqqət çəkən tədbirdə – “Harmoniya” təqdim edildi * “Harmoniya” Romada təqdim olundu –

IMG_7965 Dünya
02:40 Expressxeberler.az

Leyla Əliyeva Romada “Harmoniya” sənədli filminin təqdimatında iştirak etdi

Expressxeberler.az xəbər verir ki, İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

Təqdimatda Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların nümayəndələri, həmçinin din xadimləri iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycanın dini-mədəni irsini və multikultural dəyərlərini əks etdirən fotostend də nümayiş olunub.

Filmdə Azərbaycanda yaşayan İslam, xristianlıq və yəhudilik dini ənənələrinə mənsub üç gənc qadının həyatından bəhs edilir. Ekran əsəri dini müxtəlifliyin qarşılıqlı hörmət, dialoq və birgəyaşayış çərçivəsində təqdim edilməsinə həsr olunub.

Təqdimat zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının nümayəndələri çıxış ediblər.

Sonda “Harmoniya” sənədli filmi nümayiş etdirilib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.

21 baxış
Instagram səhifəmizə abunə olun ›
Paylaş: