“Betmen”in maşını satışa çıxarılır

IMG_0915 Dünya
13:29 Expressxeberler.az

Məşhur “Betmobil” hərraca çıxarılır – 7 milyon dollara satıla bilər

Expressxeberler.az xəbər verir ki, rejissor Tim Börtonun 1992-ci ildə çəkdiyi “Betmen qayıdır” filmində Maykl Kitonun idarə etdiyi məşhur “Betmobil” hərraca çıxarılacaq.

Avtomobilin 7 milyon dollara satılacağı gözlənilir.

Hərracı təşkil edən “Julien’s Auctions” şirkəti satış nəticəsində “Betmobil” üçün mövcud qiymət rekordunun yenilənəcəyinə ümid edir. Hazırkı rekord 1966-cı ildə Corc Barris tərəfindən hazırlanmış “Betmobil”ə məxsusdur. Həmin avtomobil 2013-cü ildə keçirilən hərracda 4,6 milyon dollara satılıb.

“Betmen qayıdır” filmində istifadə olunan avtomobilin uzunluğu təxminən 6 metrdir. Onun karkası iki “Chevrolet Impala” avtomobilinin şassisi əsasında hazırlanıb.

Qeyd edək ki, hərracın noyabrın 23-də keçirilməsi planlaşdırılır.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

78 baxış
Paylaş: