“Bir qızın həyatını məhv edənin cəzası 15 il həbs olmamalıdır”
Gündəm
Expressxeberlər xəbər verir ki, sənətçi paylaşımında cəzanın az olduğunu vurğulayaraq ölüm hökmünün tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd edib. O, bu cür hadisələrin ictimaiyyət arasında daha çox gündəmə gətirilməsinin və daha ağır cəzaların tətbiq olunmasının tərəfdarı olduğunu bildirib:
“Bir qızın məhv olmuş həyatının qarşılığı cəmi 15 il həbs cəzası ola bilməz. 15 il sonra bu insan normal biri kimi cəmiyyətdə və azad necə ola bilər?! Ölüm hökmü artıq mütləqdir, belə insanlıqdan çıxmışlara… Belə mövzular olanda susun, yaxşı? Diliniz-ağzınız ancaq qeybətə, kim nə yedi, nə içdi, kim haradadır və sair kimi mövzularda işləsin. Amma belə mövzularda susun. Utanmayın, deyin ki, qız özü günahkardır. Hələ bilmədiyimiz və bəlkə də heç vaxt bilməyəcəyimiz nə qədər murdar işlər baş verir bağlı qapılar arxasında”.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



