Buna görə insanlardan qaçırdım

IMG_1223 Gündəm
21:46 Expressxeberler.az

Səlim Abbasov: “Valideynlərimin bu qədər tez dünyasını dəyişəcəyini düşünməzdim”

Əməkdar artist Səlim Abbasov valideynlərini koronavirusdan itirməsindən və yaşadığı ağır günlərdən danışıb.

Expressxeberler.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb. O, valideynlərinin vəfatından sonra insanlardan uzaqlaşdığını bildirib.

“Heç kimə itki arzu etmirəm. Valideynlərim koronavirusdan dünyasını dəyişəndə çox narahat idim, insanlardan qaçırdım. Çünki ‘Allah rəhmət eləsin’ sözünü eşitməyə hazır deyildim”, – deyə Səlim Abbasov bildirib.

Sənətçi valideynlərinin gözlənilmədən vəfat etdiyini deyərək onların itkisi ilə barışmağın onun üçün çətin olduğunu etiraf edib.

“Pandemiya ərəfəsində Moskvaya gedəndə valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi. Sonra bu hadisələr baş verdi. Heç gözləmədiyim anda oldu. Biri var ki, valideynin səhhətində hansısa problem olur və ya yataq xəstəsi olur, buna yavaş-yavaş öyrəşirsən. Amma mən öyrəşməmişəm. Ağlıma gəlməzdi ki, anam 59, atam isə 69 yaşında dünyasını dəyişər”, – deyə o qeyd edib.

Əməkdar artist uzunömürlü insanları görəndə həm sevindiyini, həm də qısqanclıq hissi keçirdiyini söyləyib. O, valideynlərinin də uzun illər yaşamasını arzuladığını vurğulayıb.

“Hərdən 90, 104 yaşında insanlar görürəm, sevinirəm, həm də qısqanıram. Deyirəm, kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar”, – deyə Səlim Abbasov bildirib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

62 baxış
Paylaş: