Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Gündəm
2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Vətən müharibəsində daha bir mühüm uğura imza ataraq bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.
Expressxeberler.az xəbər verir ki, həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “X” sosial şəbəkə hesabında Zəngilan rayonunun 4, Cəbrayıl rayonunun 5, Qubadlı rayonunun 7 kəndinin və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.
Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Qubadlı #QubadlıŞəhəriGünü #VətənMüharibəsi #Azərbaycan #Expressxeberler #Expressxeberleraz



