Çin ABŞ-a mesaj verdi: “Xarici müdaxiləyə dözməyəcəyik”
Siyasət
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun ölkəsinin digər dövlətlərlə əməkdaşlığının xarici müdaxiləyə məruz qalmadığını bildirib.
Expressxeberler.az xəbər verir ki, diplomat ABŞ-ın Rusiyaya qarşı sanksiyalar qanun layihəsini şərh edərkən Çinin dünya ölkələri ilə bərabərlik və qarşılıqlı fayda əsasında ticarət və iqtisadi əməkdaşlıq apardığını vurğulayıb.
Quo Ciakun qeyd edib ki, bu əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib və üçüncü ölkələrin müdaxiləsinə və ya məcburiyyətinə yol verilmir.
Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi ABŞ-ı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbul edilməsinin mümkün nəticələri barədə xəbərdar etmişdi.
8
baxış



