Daha əvvəl də qayçı ilə hücum edib – Məktəblinin qətlinin detalları (VİDEO)
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, məktəbdən çıxaraq evə gedən məktəbli küçədə bıçaqlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan şagirdin həyatını xilas etmək mümkün olmayıb.
Xəzər TV-yə istinadən bildirilib ki, hadisə Bakının Nizami rayonunda baş verib.
Məlumata görə, hadisədən əvvəl tərəflər arasında sentyabrın 24-də mübahisə yaranıb. Davadan sonra hər iki şagird məktəbin direktor müavininin otağına aparılıb.
İddiaya görə, həmin vaxt şagirdlərdən biri stolun üzərindən qayçı götürərək sinif yoldaşına hücum edib. Ətrafdakıların müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.
Hadisə məktəbdə övladı və nəvəsi təhsil alan valideynləri də ciddi narahat edib.
Valideynlərdən biri məktəbdə nəzarətin gücləndirilməsinin vacibliyini bildirib:
“Uşağın üstünə-başına baxmalıdırlar. Uşaqda bıçaq nə gəzir? Gərək içəri girib nəzarət edən müəllim olsun”.
Digər sakin isə məktəbdə daha əvvəl də bıçaqlanma hadisəsinin baş verdiyini deyərək narahatlığını ifadə edib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.
Expressxeberler.az hadisə ilə bağlı yenilənmiş məlumatları təqdim edəcək. Videonu təqdim edirik.⬇️



