DTX-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Aldanmayın!

IMG_0965 Gündəm
19:34 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, dələduzlar tanınmış şəxslərin adından mesajlar yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini bildirirlər.

Daha sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayaraq hədə-qorxu gəlir və qanunsuz tələblər irəli sürür.

DTX bu cür hallarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Bildirilib ki, bu, peşəkar şəkildə qurulmuş kiberdələduzluq üsuludur. Belə mesaj alan şəxslər dərhal əlaqəni kəsməli və hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

Sizi aldatmaq istəyirlər! Aldanmayın!

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

117 baxış
Paylaş: