Duracaq və qarajlarla bağlı – Dəyişiklik

IMG_0808 Dünya
13:06 Expressxeberler.az

Expressxeberlər xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Prezidentin müvafiq fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Sənədə əsasən, Bakı Nəqliyyat Agentliyi ilə bağlı müddəalar ləğv edilib.

Qərara əsasən, Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitələrinin gətirilməsi və orada saxlanılması üçün ödəniləcək haqların məbləği İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq olunacaq.

Dəyişikliklər ölkədə nəqliyyat vasitələrinin duracaqları ilə bağlı tənzimləmələrin qanunvericiliyə uyğunlaşdırılmasına və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

56 baxış
Paylaş: