Elm və Təhsil Nazirliyi :Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişaf üçün qrant ayrılacaq

IMG_0652 Gündəm
13:17 Expressxeberler.az

Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi

Expressxeberler.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi məqsədilə qrant müsabiqəsi elan edib.

Müsabiqə Nazirlər Kabinetinin 11 oktyabr 2017-ci il tarixli 416 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil olunur.

Müsabiqənin şərtləri, iştirak qaydaları və digər ətraflı məlumatlarla Elm və Təhsil Nazirliyinin rəsmi saytında tanış olmaq mümkündür.

Ətraflı məlumat: https://edu.gov.az/az/news-and-updates/23397-1

Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin.

#Süniİntellekt #Kibertəhlükəsizlik #QrantMüsabiqəsi #ElmVəTəhsil #Expressxeberler #Expressxeberler.az

121 baxış
Paylaş: