Günəşdə dörd gündür partlayış qeydə alınmır
Sosial
Astronomlar ardıcıl dörd gündür Günəşdə heç bir Günəş partlayışı qeydə almayıblar. Bu, 2021-ci ilin dekabrından bəri ilk belə haldır.
Expressxeberler.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, söhbət C sinfi və daha yüksək səviyyəli günəş alovlanmalarından gedir.
Laboratoriya bildirib ki, bundan əvvəl belə fasilə 7–11 dekabr 2021-ci il tarixlərində müşahidə olunub və həmin vaxt beş gün davam edib.
Bəyanatda qeyd olunub ki, əgər Günəşdə aktivlik sentyabrın 17-də də bərpa olunmasa, əvvəlki rekord yenilənəcək.
Qeyd edək ki, sentyabrın 14-də laboratoriya Günəşdə Alfa və Beta kateqoriyalı yeddi ləkə qrupunun formalaşdığını açıqlamışdı.
6
baxış



