Gürcüstanda Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
Cəmiyyət
Gürcüstanda jurnalist həbs edildi – dövlətə xəyanətdə ittiham olunur
Gürcüstanda nəşr olunan “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze dövlətə xəyanət və təxribat törətməkdə ittiham edilərək həbs olunub.
Expressxeberler.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Dito Çubinidze bu ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar üzərindən sistemli şəkildə dezinformasiya xarakterli məlumatlar yayıb. O, Gürcüstanın Baş nazirinin gizli razılaşma yolu ilə Keşikçidağ məbəd kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib.
İstintaq orqanları jurnalistin iddialarını təkzib edib və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürüb.
Qeyd edək ki, irəli sürülən ittiham üzrə Dito Çubinidzeni dörd ilədək həbs cəzası gözləyir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



