“Həmin cərimələr ən azı 3-5 dəfə artırılmalıdır”-Nigar Camal
Dünya
Expressxeberler.az xəbər verir ki, Qaradağ rayonunda itə qarşı zorakılıq etdiyi bildirilən şəxsin hərəkəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisəyə tanınmış şəxslər də sərt reaksiya göstəriblər.
Avroviziya qalibi Nigar Camal sosial media hesabında hadisə ilə bağlı paylaşım edərək heyvanlara qarşı zorakılığa görə cəzaların artırılmasını tələb edib.
O bildirib ki, heyvanlara qarşı amansız rəftar və onlara zərər vurulmasına görə cərimələr ən azı 3-5 dəfə artırılmalıdır. Nigar Camalın sözlərinə görə, bu hadisədə zorakılığa məruz qalan it hamilə olub və bətnində ən azı altı bala olub.
Sənətçi qeyd edib ki, belə bir hadisəyə görə 25 günlük cəzanı kifayət hesab etmir və daha ciddi tədbirlərin görülməli olduğunu düşünür.
Expressxeberler.az



