Hollivudun qızıl dövrünün son ulduzu 102 yaşında vəfat etdi

IMG_0872 Dünya
19:11 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, 1940–50-ci illərin Hollivudunun “qızıl dövrü”nün sonuncu nümayəndələrindən biri, amerikalı aktrisa Eva Mari Seynt 102 yaşında vəfat edib.

Aktrisa oktyabrın 6-da Los-Ancelesdəki evində, ailəsi və yaxınlarının əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, Eva Mari Seynt kino karyerasına 1954-cü ildə Elia Kazanın “Limanın kənarında” filmi ilə başlayıb. Bu ekran işindəki roluna görə o, “Ən yaxşı ikinci dərəcəli qadın rolu” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Aktrisa Alfred Hiçkok, Otto Premincer və Fred Zinneman kimi məşhur rejissorların filmlərində rol alıb. 1990-cı ildə “Bizim kimilər” mini-serialındakı performansına görə “Emmi” mükafatını qazanıb.

Eva Mari Seyntin son filmi 2014-cü ildə ekranlara çıxan “Zamanın o tayından sevgi” dramı olub.

Aktrisa prodüser, ssenarist və rejissor Ceffri Heydenlə ailəli olub. Heyden 2016-cı ildə 90 yaşında vəfat edib. Eva Mari Seyntin iki övladı, dörd nəvəsi və iki nəticəsi var.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

37 baxış
Paylaş: