Hörmüz boğazından neft tranziti rekord həddə çatıb
Siyasət
ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, son 24 saat ərzində Hörmüz boğazından təxminən 18 milyon barel neft daşınıb. O, bu göstəricinin rekord səviyyə olduğunu deyib. Məlumatı Fox News yayıb.
Expressxəbərlər.az xəbər verir ki, Rayt Fars körfəzindən neft axınının rekord həddə çatdığını bildirib.
Qeyd edək ki, sentyabrın əvvəlində ABŞ rəsmisi boğazdan bir gün ərzində 17 milyon barel neft keçdiyini açıqlamışdı. Reuters həmin göstəricini müharibənin başlanmasından sonra ən yüksək səviyyə kimi təqdim etmişdi.
Bununla yanaşı, Reuters-in sentyabrın 16-da yaydığı məlumatda Hörmüz boğazından gəmi keçidlərinin yenidən kəskin azaldığı və əvvəlki gün cəmi 4 gəminin qeydə alındığı bildirilir.
İran tərəfi isə daha əvvəl ABŞ-ın ölkəyə qarşı iqtisadi təzyiqləri davam etdirəcəyi təqdirdə Hörmüz boğazından neft tranzitinin dayandırılması ilə bağlı xəbərdarlıq edib.



