İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı

IMG_1181 Cəmiyyət
13:45 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Ermənistana gələn Rusiya vətəndaşı, 66 yaşlı Svetlana Frayji İrəvanda itkin düşüb.

Qadının qızı Yelena bildirib ki, anası oktyabrın 10-da Rusiyadan avtobusla İrəvana gəlib. Svetlana ertəsi gün Parisə uçmalı olsa da, hava limanına getməsinə baxmayaraq, təyyarəyə minməyib.

Yelenanın sözlərinə görə, oktyabrın 11-i axşam saatlarından etibarən anasının telefonu işləməyib. Onun “WhatsApp” hesabına göndərilən mesajlar da çatmır.

Svetlana Frayjini sonuncu dəfə oktyabrın 14-də, səhər saat 11 radələrində İrəvanın mərkəzinə doğru hərəkət edən avtobusa minərkən görüblər. Həmin vaxtdan sonra qadının harada olduğu barədə məlumat yoxdur.

Məlumata görə, polis itkin düşən qadının axtarışlarını davam etdirir. Hadisə ilə bağlı Rusiyanın İrəvandakı səfirliyinin konsulluq şöbəsinə də məlumat verilib.

Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin.

46 baxış
Paylaş: