Jasmin Dağıstanda xeyriyyə konserti verdi
Şou-biznes
Jasmin Dağıstanda daşqından zərərçəkənlər üçün xeyriyyə konserti verib
Expressxeberler.az xəbər verir ki, rusiyalı müğənni, aktrisa və teleaparıcı Jasmin sentyabrın 15-də Dağıstan Xalqlarının Birlik Günündə xeyriyyə konserti keçirib.
Dağıstanın xalq artisti daşqınlardan zərər çəkən insanlara dəstək olmaq məqsədilə respublikaya gəlib.
Konsert zamanı çıxış edənlər tədbirin musiqi proqramından daha çox məna daşıdığını, Dağıstanın birlik və həmrəyliyinin simvolu olduğunu vurğulayıblar.
Qeyd edək ki, daha əvvəl Jasmin və həyat yoldaşı İlan Şorun daşqından zərər çəkən Kaspiysk şəhərində uşaq bağçasının tikintisinə sponsorluq etmək qərarına gəldikləri açıqlanmışdı.
238
baxış



