Veyp Selena Qomezin səsini dəyişdi
Gündəm
Selena Qomez elektron siqaretdən imtina edir – Səbəbini açıqladı
Dünyaca məşhur müğənni Selena Qomez elektron siqaretdən istifadəni dayandırmaq qərarına gəlib.
Expressxeberler.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib. O, qərarına səbəb kimi səsində yaranan dəyişiklikləri göstərib.
Müğənni zərərli vərdişdən tamamilə uzaqlaşmağa ümid etdiyini bildirib. O, uzun müddət veypdən tez-tez istifadə etdiyini və bu vərdişdən qurtulmağın onun üçün çətin olduğunu etiraf edib.
Selena Qomez elektron siqaret istifadə edənlərə də müraciət edərək bunun heç də dəyərli bir vərdiş olmadığını vurğulayıb. Sənətçi səsindəki dəyişikliklərə diqqət çəkərək, səsini bəyənməyənlərin onu dinləməməsini anlayışla qarşıladığını bildirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



