Onlara ağsaqqal, ağbirçək demək olmur“
Gündəm
Nüşabə Ələsgərli keçmişə qayıtmaq istəməməsinin səbəbini açıqladı
Əməkdar artist Nüşabə Ələsgərli keçmiş günlərə qayıtmaq istəmədiyini bildirib.
Expressxeberler.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” verilişində danışıb. O, mərhum Əməkdar artist Zöhrə Abdullayevanın tez-tez işlətdiyi bir ifadəni xatırladıb:
“Allah rəhmət eləsin Zöhrə Abdullayevaya. Onun bir sözü var idi. Tez-tez deyirdi ki, “Ay Nüşabə, o vaxtkı yaşım olaydı, indiki başım”. Belə şey də olmur”.
Nüşabə Ələsgərli keçmişi yenidən yaşamaq istəmədiyini vurğulayıb:
“Məndən hərdən soruşurlar ki, keçmişi qaytarmaq istəyirsən? İstəmirəm, artıq yaşamışam o günləri. Nə gözəl ki, yaşamışam da. Allah mənə bu ömrü verib və bu yaşa çatmışam. Səhvlərim də olub, düzlərim də. Səhvsiz insan olmur. Səhvimin cəzasını da çəkmişəm, peşman olmuşam. Onlar da keçmişdə qalıb. Təhsildə, qazancda, biznesdə, normal həyatda səhvlər olur. Bir də o günlərə qayıtmaram”.
Sənətçi yaş artdıqca insanın müdrikləşməsinin vacibliyindən də danışıb. Onun sözlərinə görə, hər kəs yaşlandıqca müdriklik qazana bilmir. Bəzi insanlar isə zaman keçdikcə dəyişir, daha təmkinli və sanballı olurlar.
Nüşabə Ələsgərli bildirib ki, insanın yaşlandıqca mənəvi cəhətdən kamilləşməsi böyük xoşbəxtlikdir. O, belə insanlara ağbirçək və ağsaqqal adının yaraşdığını, onların üzündən nur yağdığını qeyd edib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



