Kişi qadından ancaq namus üstə boşanar”

IMG_6781 Gündəm
17:30 Expressxeberler.az

Hüseyn Məhəmmədoğlu: “Elə sevərsən ki, dəli olarsan”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sevgi və boşanma ilə bağlı fikirlərini bölüşüb.

Expressxeberler.az xəbər verir ki, musiqiçi bu barədə “Sevilən səhər” proqramında danışıb.

“Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən. Elə sevərsən ki, dəli olarsan. Bundan gözəl nə var ki?” – deyə o bildirib.

Aparıcı İsa Şükürovun “Açıqlamada demişdiniz ki, kişi qadından ancaq namus üstə boşanar” sualına cavab verən ifaçı əvvəlki fikrini təsdiqləyib.

“Bəli, demişəm. Buna aydınlıq gətirə bilmərəm. Bütün ailə quran insanlara xoşbəxtlik arzulayıram. Nəyisə dedin, getdi, “kaş” deməklə qayıtmır. Artıq elə qalmaqallı açıqlamalar vermirəm. Ailəmlə, övladlarımla xoşbəxtəm”, – deyə Hüseyn Məhəmmədoğlu əlavə edib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

71 baxış
Paylaş: