“Kızılcık şerbeti”nin aktrisası sevgilisindən ayrıldı
Cəmiyyət
Türkiyəli aktrisa Seray Kayanın sevgilisi İdris Aybirdi ilə münasibətlərinə son qoyduğu iddia edilir.
Expressxeberler.az xəbər verir ki, cütlüyün “Instagram”da bir-birini izləmədən çıxarması ayrılıq iddialarına səbəb olub.
Qeyd edək ki, İdris Aybirdi 2019-cu ildə “Survivor” yarışması ilə tanınan Sahra Işıkla ailə həyatı qurub. Bir övladları olan cütlük bir neçə ay əvvəl boşanıb. Onlar ayrılarkən övladlarının cəmi 11 aylıq olduğu bildirilir.
Seray Kaya hazırda “Kızılcık Şerbeti” serialında rol alır.
#SerayKaya #İdrisAybirdi #SahraIşık #Magazin #Expressxeberler #Expressxeberler.az
37
baxış



