Lavrov: Rusiya Ermənistanın Aİ-yə üzvlüyə hazırlıq xərclərini ödəməyəcək

1788415070_ad71aac2-5790-4295-92d9-5943823172d3 Siyasət
16:38 Expressxeberler.az

Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə hazırlıq prosesinin maliyyələşdirilməsində iştirak etmək niyyətində deyil.

Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Gənclər Festivalında çıxışı zamanı bildirib ki, Ermənistanın Avropa standartlarını qanunvericiliyinə və tənzimləyici praktikasına tətbiq etməsi halında Moskvanın bu prosesə maliyyə ayırması gözlənilmir.

“Əgər Avropa standartlarının Ermənistan qanunvericiliyinə və tənzimləyici təcrübəsinə tətbiqi prosesi artıq başlayıbsa, Rusiya Ermənistanın Avropa İttifaqına üzvlüyü və ya üzvlüyə hazırlığı üçün pul ödəmək istəməzdi”, – Lavrov deyib.

Expressxeberler.az xəbər verir ki, Lavrov bunun Ermənistanın Avrasiya İqtisadi Birliyində (Aİİ) əldə etdiyi üstünlüklərlə bağlı olduğunu vurğulayıb və Yerevanın hələ də öz seçimini müəyyənləşdirməli olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan 2025-ci ildə Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkənin Aİ-yə üzvlük məsələsinin xalqın iradəsi ilə müəyyənləşəcəyini açıqlayıb.

Lavrov bundan əvvəl də Aİ-nin Ermənistanı Avropaya inteqrasiya məsələsində aldada biləcəyi barədə fikirlər səsləndirib.

15 baxış
Paylaş: