Le Pen: Fransa Ukraynaya əvvəlki həcmdə maliyyə yardımı göstərə bilməz
Siyasət
Fransa dövlət maliyyəsinin vəziyyətinin pisləşməsi səbəbindən Ukraynaya əvvəlki həcmdə maliyyə yardımı göstərə bilməz. Bunu Fransanın Milli Birlik (RN) partiyasının parlament qrupunun lideri Marin Le Pen LCI telekanalında bildirib.
Expressxeberler.az xəbər verir ki, Le Pen Fransanın Ukraynaya hərbi təlim və avadanlıq dəstəyini davam etdirə biləcəyini, lakin maliyyə yardımının əvvəlki səviyyədə saxlanmasının mümkün olmadığını deyib.
O, bu mövqenin Ukraynaya qarşı düşmənçilik aktı olmadığını vurğulayıb.
Le Pen həmçinin Fransada pensiyaların indeksləşdirilməsi üçün vəsait çatışmazlığından danışıldığı halda, Avropa İttifaqına töhfələr və Ukraynaya maliyyə dəstəyi üçün milyardlarla vəsait ayrılmasını tənqid edib.
Qeyd edək ki, Le Penin bu açıqlaması 2027-ci il prezident seçkilərinə hazırlıq çərçivəsində LCI-də keçirilən müsahibə zamanı səslənib.



