Makron hökuməti Fransada yanacaq ehtiyatlarının artırılmasını tapşırıb

6aaac3f402e8bd514c0d8165 Siyasət
20:11 Expressxeberler.az

Fransa Prezidenti Emmanuel Makron hökuməti ölkədə kifayət qədər yanacaq ehtiyatının təmin edilməsi və qiymətlərə nəzarətin qorunması üçün bütün imkanları səfərbər etməyə çağırıb.

Expressxeberler.az xəbər verir ki, bu barədə Fransa Nazirlər Kabinetinin mətbuat katibi Mod Brejon Nazirlər Şurasının iclasından sonra bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə və həftələrdə əsas məqsəd, o cümlədən digər ölkələr hesabına yanacaq tədarükünü və lazımi həcmləri təmin etməkdir.

Fransada yanacaq qiymətlərinin artması son günlər ölkənin iqtisadi gündəmində əsas məsələlərdən birinə çevrilib.

Daha əvvəl Fransanın iyul ayında rekord həcmdə Rusiya mənşəli mayeləşdirilmiş təbii qaz aldığı bildirilmişdi.

15 baxış
Paylaş: