Mehdiyevin gəlininin bankını əvəz edən “T-Kredit”in lisenziyası ləğv edildi
Gündəm
“Bank BTB”nin hüquqi varisi olan “T-Kredit” bank olmayan kredit təşkilatının lisenziyası ləğv edilib.
Expressxeberler.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə “T-Kredit”ə verilmiş BKT-51 nömrəli lisenziya təşkilatın öz müraciəti əsasında qüvvədən düşüb. Lisenziya bu il iyulun 28-də verilmişdi. (Banker.az)
“T-Kredit” ayrıca yaradılmış yeni kredit təşkilatı deyil. O, “Bank BTB”nin BOKT-a çevrilməsi nəticəsində bankın hüquqi varisi kimi fəaliyyətə başlayıb. Mərkəzi Bank iyulun 27-də “Bank BTB”nin bank lisenziyasını ləğv edib və onun hüquqi varisi “T-Kredit”ə BOKT lisenziyası verib. (e-cbar.az)
Qeyd edək ki, “Bank BTB”nin yenidən təşkilindən əvvəl əsas səhmdarlardan biri Nigar Mehdiyeva olub. (Banker.az)
Lisenziyanın ləğvi ilə “T-Kredit”in BOKT kimi fəaliyyəti dayandırılacaq və təşkilat qanunvericiliyə uyğun qaydada ləğv ediləcək. (Banker.az)
- Expressxeberler.az-ı hər gün oxuyun, ən son xəbərlərdən xəbərdar olun!



