Məktəbdə qanuna tabe olmaq borcumuzdur”

IMG_6777 Gündəm
17:25 Expressxeberler.az

Lalə Məmmədovadan hicabla bağlı paylaşım: “Uşaq yaşda bu qərar verilməməlidir”

Əməkdar artist Lalə Məmmədova son günlər hicabla bağlı yayılan videolara münasibət bildirib.

Expressxeberler.az xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşım edərək uşaqların təhsili, dini seçim və məktəb qaydaları ilə bağlı fikirlərini bölüşüb.

Lalə Məmmədova paylaşımında bunları yazıb:

“Gözəl qızım, heç kəs sənin təhsilinin qarşısını almır, əksinə, bizim gələcəyimiz işıqlı beyinlər, iti zəkalar, təmiz inanclar üzərində qurulub. Sənin yaşında pak övladlarımızın beyinləri, təəssüf ki, cahil insanların yürütdükləri siyasətlə “yuyulub”. Allah cəzalarını hökmən verəcək”.

Müğənni dini etiqad azadlığının vacibliyini vurğulayaraq qeyd edib ki, hər kəs öz dini seçimində azaddır. Bununla yanaşı, onun fikrincə, baş örtüyü ilə bağlı qərar uşaqlıqda ətrafın təsiri altında deyil, yetkin yaşda verilməlidir.

Lalə Məmmədova məktəblərdə müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyini də qeyd edib:

“Sən isə Allahı, Vətənini sev və inan, bizim prezidentimiz belə Konstitusiyaya and içəndə müqəddəs kitabımız olan Qurana əl basır. Heç kim dinimizi, Quranımızı inkar etmir, hər kəs də dini seçimində azaddır.

Ancaq baş örtünmə qərarını insan yetkin yaşda verməlidir, uşaq yaşda ətraf təsirləri ilə yox. Biz məscidə girərkən necə ki, bizdən baş örtmək tələb olunur, eləcə də dövlət məktəblərində qanuna tabe olmaq bizim borcumuzdur.

Yaşasın azad, tolerant, bütöv Azərbaycan”.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

86 baxış
Paylaş: