Məktəbdə zəhərlənmə hadisəsi: şagirdlər xəstəxanaya yerləşdirildi, bufet bağlandı
Cəmiyyət
Express xəbərlər xəbər verir, ki Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə 7 şagirdin qidadan zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib və araşdırmalar davam etdirilir.
52
baxış



