Məşhur aktyor təyyarə qəzasında vəfat etdi”

IMG_0705 Dünya
13:05 Expressxeberler.az

Express.az xəbər verir ki, məşhur aktyor Qay Kapulnik sentyabrın 24-də Cənubi Kaliforniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Təyyarəni idarə edən məşhur aktyor Qay Kapulnik hadisə zamanı 33 yaşlı yeganə sərnişini Teylor Lask ilə birlikdə həyatını itirib.

Qəza həmin gün yerli vaxtla saat 09:45-də Los-Ancelesdən təxminən iki saatlıq məsafədə yerləşən Hesperiya şəhərində baş verib.

Qay Kapulnik “514-cü otaq” (“Room 514”) filmindəki rolu ilə tanınan israilli aktyordur. Filmin premyerası 2012-ci ildə “Tribeca” Film Festivalında baş tutub.

Məşhur aktyor, həmçinin Harisson Fordun 2020-ci ildə ekranlara çıxan “Vəhşi çağırış” (“The Call of the Wild”) filmində kiçik rolda çəkilib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

601 baxış
Paylaş: