Milyonluq moda imperiyasının qurucusu xanımını öldürüb intihar etdi

IMG_0829 Gündəm
17:55 Expressxeberler.az

 Expressxeberlər xəbər verir ki, 64 yaşlı modelyer və 63 yaşlı həyat yoldaşının Kaliforniyanın Berkli şəhərindəki evlərində cansız bədənləri aşkarlanıb. İlkin araşdırmalara əsasən, Brayan Uolkerin həyat yoldaşını silahla öldürdükdən sonra eyni silahla intihar etdiyi müəyyənləşdirilib.

Bildirilir ki, bir neçə il əvvəl şirkətin baş direktoru vəzifəsini həyat yoldaşına həvalə edən Uolker son dövrlərdə biznesində ciddi maliyyə problemləri ilə üzləşib.

Məlumata görə, şirkətin səhm və kriptovalyuta yatırımlarında böyük itkilər yaşanıb. Bu səbəbdən moda şirkətinin iflas təhlükəsi ilə üz-üzə qaldığı iddia edilib.

Mişel CEO kimi şirkətin maliyyə böhranından çıxarılması üçün çalışıb. Cütlüyün ölümü ilə bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, “Bryn Walker” markası bohem üslublu geyimləri ilə moda dünyasında tanınıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

162 baxış
Paylaş: