Tacirin oğlu onları polislə hədələdi

IMG_9484 Gündəm
19:26 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, müğənni Tacir Şahmalıoğlunun xeyli çəki itirməsi son günlər sosial şəbəkələrdə müzakirə olunur.

Sənətçi daha əvvəl əməliyyat olunduğunu və diabet problemi səbəbilə çəki atmalı olduğunu açıqlayıb. Buna baxmayaraq, sosial şəbəkələrdə onun ağır xəstəlikdən əziyyət çəkdiyi barədə iddialar yayılıb.

Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu bu cür paylaşımların ailəsini narahat etdiyini bildirib. O, belə məlumatların yayılması halında hüquqi tədbir görüləcəyini deyib:

“Çox şükür, atamın hər şeyi qaydasındadır. Pis günləri geridə qoyduq. Atam sağdır, yaxşıdır. Atamın ağır xəstə olduğunu yazanlara demək istəyirəm ki, sizinlə qanunla danışacağam. Siz çoxsunuz, bacara bilmərəm. Belə paylaşım görsəm, gedib polisə şikayət edəcəyəm”.

Expressxeberler.az

320 baxış
Paylaş: